Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kəmaləddin Heydərov prezident seçkisində səs verdi - YENİLƏNİB + FOTO
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov növbədənkənar prezident seçkisində iştirak edib.
Oxu.Az-ın məlumatına görə, o, 17 saylı Yasamal 3-cü seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
10:32
Bakıda, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə davam edir.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Milli Olimpiya Komitəsinin və Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova da səs verib.
09:37
Bakıda, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində səsvermə davam edir.
Oxu.Az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də seçki məntəqəsinə gələrək səs verib.
09:13
Bakıda, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində səsvermə aktiv şəkildə davam edir.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də məntəqəyə gələrək səsvermə hüququndan istifadə edib.
08:14
Bu gün səhər saat 08:00-dan etibarən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində səsvermə başlayıb.
Oxu.Az xəbər verir ki, dairə seçki komissiyasının sədri Süleyman Məmmədov bildirib ki, 17 saylı Yasamal üçüncü seçki dairəsi 1 saylı məntəqəsində 1 382 seçici var.
Seçki prosesinin başlanmasından qısa müddət keçməsinə baxmayaraq 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində seçicilərin fəallığı müşahidə olunur.
Səsvermə axşam saat 19:00-a yekunlaşacaq.
Əlavə olaraq qeyd edək ki, seçki ilə əlaqədar olaraq fevralın 7-si qeyri-iş günüdür.
Şəhriyar Səmədov
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev "Politico"nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
- Hikmət Hacıyev amerikalı parlamentariləri ermənipərəst mövqelərinə görə sərt tənqid etdi
- Qərbin ikiüzlülük nümunəsi: COP29-a kölgə salmaq üçün səmərəsiz cəhdlər
- Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşıb
- Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb