Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Keçmiş məcburi köçkün: "Nəhayət, Cəbrayılda ailəmlə bir süfrə ətrafında yığışacağıq"
"Nəhayət, uzun illərdən sonra ailəmlə Cəbrayılda bir süfrə ətrafında yığışacağıq".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Səfiyar Süleymanov deyib.
O qeyd edib ki, ən böyük arzusu Cəbrayıla getmək, doğmalarının məzarını ziyarət etməkdir:
"30 illik məcburi köçkün həyatımızı Bakıda, Səbail rayonunda yaşamışıq. Uzun illər Ceyranbatan su anbarında çalışmışam. İndi isə doğma yurduma qayıdıram. Pensiyaya çıxmağıma hələ üç il var. Ümid edirəm ki, dövlətimiz bizi Cəbrayılda daha gözəl işlə təmin edəcək. Necə ki 30 ildən sonra bizi doğma yurdumuza qovuşdurdu, necə ki bizi əvvəlkindən də gözəl evlə təmin etdi.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 40 ailə (123 nəfər) öz doğma yurduna köçürülür. Bununla da Cəbrayıl şəhərində ümumilikdə 117 ailənin (364 nəfərin) məskunlaşması təmin edilib.
Aytac Qasımova
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının yeni drayveri kimi: "Böyük Qayıdış"
- Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…"
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub
- Emin Məmmədov: "Düşmənin Cəbrayılda hansı vandallıqları törətdiyinin canlı şahidiyəm"
- Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur"