Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) nizamnamə kapitalının artırılması nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərmanında öz əksini tapıb.
Fərmana əsasən, Maliyyə Nazirliyi qaydada nəzərdə tutulmuş hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi üçün fondun nizamnamə kapitalının artırılması üçün müvafiq illərdə dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı tədbirlər görməlidir.
Xatırladaq ki, İKZF ölkə Prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 980.7 milyon manatdır.
"İpoteka və Kredit Zəmanət Fondu (İKZF)" teqi üzrə xəbərlər
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 100 milyon manat artırılacaq
- Azərbaycanda daha 369 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək
- Bu xəbərləri qaçırmayın: 09.10.2024-ün ən mühüm hadisələri
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard manatdan çox oldu
- İpoteka yolu ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Faizlərin azaldılması nə dərəcədə realdır?