Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İlham Əliyev Oksfordda Lüksemburqun baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr müzakirə olunub.
Lüksemburqun baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın əldə edilməsinin və regionun sabitliyinin ölkəsi üçün vacibliyini bir daha vurğulayıb. O, Lüksemburqun regional siyasətinin balanslı xarakter daşıdığını diqqətə çatdırıb.
Dövlətimizin başçısı regional proseslər barədə məlumat verərək bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmini qeyd edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu vurğulanıb.
Azərbaycan ilə Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı və İttifaqa üzv ölkələr ilə çox yaxın əlaqələrə malik olduğu qeyd edildi. "Avropa Siyasi Birliyi" platformasının müzakirələrin aparılması üçün vacib məkan olduğu bildirilib.
Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb.
Lüksemburqun baş naziri bu tədbirdə iştirak etmək niyyətində olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyevin Britaniya səfəri" teqi üzrə xəbərlər
- İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb
- İlham Əliyev Oksfordda verilən rəsmi ziyafətdə iştirak edib
- İlham Əliyev: "Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik"
- Prezident: "Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq"
- İlham Əliyev: "Strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur"