Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İlham Əliyev: "Strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur"
"Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 18-də Oksfordda "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Dövlətimizin başçısı bildirib: "2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir".
"İlham Əliyevin Britaniya səfəri" teqi üzrə xəbərlər
- İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb
- İlham Əliyev Oksfordda verilən rəsmi ziyafətdə iştirak edib
- İlham Əliyev: "Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik"
- Prezident: "Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq"
- İlham Əliyev Oksfordda "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxış edib