Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hindistan Ermənistanı silahlandırmaqda davam edir
Hindistanın Müdafiə Nazirliyi Ermənistana "Pralay" kvaziballistik raketlərinin satışına icazə verib.
Oxu.Az xəbər verir ki, "Alpha Defence" portalı bu məlumatı dolayısı ilə təsdiqləyərək "Hindistan raketlərinin dost ölkəyə ixracına icazə verildiyini" qeyd edib. Xəbərə Pralayın fotosu əlavə olunub.
Bundan əvvəl "Indian Defense Research Wing" yazıb ki, Hindistan yaxın vaxtlarda bu raketlərin Ermənistana tədarükü ilə bağlı müqavilə bağlamağı planlaşdırır.
Nəşr həmçinin Dehlinin 300 kilometrdən çox mənzilli raketləri və 500 kiloqramdan çox çəkisi olan döyüş başlıqlarını ixrac etməmək barədə öhdəliklərini xatırladıb. Bu o deməkdir ki, indiki şəraitdə Pralayın İrəvana transferi mümkün deyil. Məhz buna görə də, saytın yazdığı kimi, Hindistan bu raketlərin azaldılmış mənzilə uyğunlaşdırılması üzərində fəal işləyir.