Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) çərçivəsində "İqlim üçün su: Su həllərinin Milli Müəyyən edilmiş Töhfələrə (NDC) və Milli Uyğunlaşma Planlarına inteqrasiyası. Biomüxtəliflik, su və iqlim zənciri" mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilir.
Oxu.Az xəbər verir ki, tədbir COP29 Sədrliyi, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE), Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) və Ümumdünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən koordinasiya olunan "UN-Water"lə əməkdaşlıq çərçivəsində keçirilir.
Tədbirdə əsas müzakirələr BMT sistemi tərəfindən tərəflərin bu sahədə strategiya və planları necə dəstəkləməsi ətrafında aparılacaq.
Məhərrəm Əliyev