Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir"
"2020-ci ilin 10 noyabrından 2024-cü ilin 11 noyabrınadək 382 Azərbaycan vətəndaşı Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub".
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" platformasındakı paylaşımında bildirib.
O, Azərbaycanın hələ də Ermənistanın 30 ildir davam edən hərbi işğalının nəticələrindən əziyyət çəkdiyini qeyd edib:
"Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir. Azərbaycan Ermənistanın 30 illik hərbi işğalının nəticələrindən əziyyət çəkir".
Məlumatda qeyd olunub ki, 2020-ci ilin noyabrın 10-dan sonra 70 nəfər mina partlayışı nəticəsində həlak olub, 312 nəfər xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan isə 143-ü mülki şəxslər olub. 2020-ci il 10 noyabrdan sonra mina partlayışı nəticəsində 15 hərbi qulluqçu həlak olub, 169-u xəsarət alıb.
Qeyd edilib ki, 1991-ci ildən bəri ANAMA tərəfindən 3 400-dən çox mina qurbanı qeydə alınıb. Onlardan 359-u uşaq, 38-i qadın olub.
Landmine victims in Azerbaijan continue to grow. Azerbaijan is suffering from the consequences of Armenia’s 30 year long military occupation. pic.twitter.com/ZhAG1EQ6kO
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 11, 2024
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev "Politico"nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
- Hikmət Hacıyev amerikalı parlamentariləri ermənipərəst mövqelərinə görə sərt tənqid etdi
- Qərbin ikiüzlülük nümunəsi: COP29-a kölgə salmaq üçün səmərəsiz cəhdlər
- Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşıb
- Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb