Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fərid Şəfiyev: “ABŞ-nin 907-ci düzəlişi dayandırmaq istəməməsi heç də onun maraqlarına xidmət etmir”
“ABŞ-nin 907-ci düzəlişi dayandırmaq istəməməsi heç də onun maraqlarına xidmət etmir”.
Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“1992-2000-ci illər arasında elə həmin 907-ci düzəliş qüvvədə idi və onun Azərbaycana heç bir neqativ təsiri yox idi. Bu, ritorikadan başqa bir şey deyil. Artıq bizim reaksiyamız da bəllidir. Azərbaycana hərbi kömək tutarlı deyildi. Azərbaycan onsuz da öz vəsaiti ilə silah alır”, - deyə o fikrini izah edib.
Mərkəz sədri vurğulayıb ki, ABŞ-nin Azərbaycana verdiyi hər şey öz maraqlarına xidmət edib:
“Onsuz da biz ABŞ-dən heç nə almırıq. Onlar nə verirdilərsə, buradakı maraqlarına xidmət edirdi”.
Qeyd edək ki, ötən gün ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib. Qanun ABŞ prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir.
Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. Qərar Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.
Xatırladaq ki, 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılırdı.
"Fərid Şəfiyev" teqi üzrə xəbərlər
- Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans yekunlaşıb - YENİLƏNİB + VİDEO
- BMTM sədri: “Biz hazırda qlobal mediada ayrı-seçkilik görürük”
- News.ru: “613 ölü - Ermənistan və Qərb niyə Xocalıda baş verənləri soyqırımı kimi tanımır?” - FOTO
- Hikmət Hacıyev: “Azərbaycan Ermənistanla sülh müqaviləsi üçün ciddi maneə görmür” - VİDEO
- Mərkəz rəhbəri: “Demarkasiya və delimitasiya Ermənistanla sülh sazişinə daxil edilməyəcək”