Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
News.ru: “613 ölü - Ermənistan və Qərb niyə Xocalıda baş verənləri soyqırımı kimi tanımır?” - FOTO
32 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbçiləri Qarabağın Xocalı şəhərinə hücuma keçdilər. Yüzlərlə dinc sakin həlak oldu... Xocalı qətliamı Azərbaycan xalqının tarixinin ən kədərli səhifələrindən biridir, bununla belə yalnız bir neçə ölkə bu hadisəni soyqırımı kimi tanıyıb.
“News.ru” saytı bunun səbəbləri ilə əlaqədar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin münasibətini öyrənib.
O, müvafiq tanınmanı daha çox humanitar hüququn dəyərindən danışan ölkələrdən gözlədiklərini deyib.
“Söhbət Fransa, ABŞ, Niderland, Belçika və digər ölkələrdən gedir. Onlar erməni “soyqırımı”ndan çox danışırlar, Xocalı faciəsinə isə məhəl qoymurlar. Bakı üçün, ümumiyyətlə, bu, təəccüblü deyil - Qarabağ müharibəsinin başlanğıcından bu günə qədər davam edən ikili standartların şahidi olmuşuq”, - deyə Fərid Şəfiyev qeyd edib.
Ekspertin sözlərinə görə, bu dövlətlər faciədə erməni tərəfini günahkar kimi tanısalar, o zaman İrəvanın “əzabkeş” imici çökəcək və Qarabağın uzunmüddətli işğalı məsələsinə də başqa gözlə baxacaqlar.
“Qərbin geosiyasi marağı da var, çünki onlar Ermənistanı Cənubi Qafqazda təsir aləti kimi görürlər. Eyni zamanda, Ermənistan rəhbərliyi Xocalı hadisələrinə görə respublikanın məsuliyyətini inkar edir. Bakıyla İrəvan arasında münasibətlərin qurulması məsələsinə görə isə erməni tərəfinin bu faciəni tanıması vacibdir”, - deyə o əlavə edib.
Qərbin Xocalı soyqırımını nə vaxt tanıyacağına gəlincə, F.Şəfiyev Ermənistanın işğalçı və aqressor ölkə olmasına baxmayaraq, hər cür yolla özünü qurban kimi təqdim etməyə çalışdığını, xüsusən də 2020-ci ildə 44 günlük müharibədə itkisini nəzərə alsaq, buna nail olduğunu vurğulayıb.
“Azərbaycan əraziləri işğal altında olanda rəğbət Bakının tərəfində idisə, indi vəziyyət başqadır. Qərb dövlətləri Ermənistanın tərəfinə keçib və onu qorumağa çalışır. Ona görə də yaxın gələcəkdə soyqırımının tanınması məsələsində nəyinsə dəyişməsi ehtimalı azdır, qarşıda bizi uzun və gərgin iş gözləyir. Amma zaman keçdikcə baş verənlərlə bağlı əlimizdə daha çox sübut olacaq - məsələn, fevralın əvvəllərində qazıntılar zamanı kütləvi məzarlıq, Xocalı faciəsi qurbanlarının qalıqları tapıldı. Ona görə də beynəlxalq platformalarda baş verənləri sübut etmək üçün daha çox imkanlarımız olacaq”.
"Fərid Şəfiyev" teqi üzrə xəbərlər
- Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans yekunlaşıb - YENİLƏNİB + VİDEO
- BMTM sədri: “Biz hazırda qlobal mediada ayrı-seçkilik görürük”
- Hikmət Hacıyev: “Azərbaycan Ermənistanla sülh müqaviləsi üçün ciddi maneə görmür” - VİDEO
- Mərkəz rəhbəri: “Demarkasiya və delimitasiya Ermənistanla sülh sazişinə daxil edilməyəcək”
- Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər - YENİLƏNİB + FOTO