Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistan KTMT-dən mümkün çıxışını şərh edib
"İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayıb".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda bildirib.
O, aparıcının Ermənistanın KTMT-dən çıxma ehtimalı ilə bağlı sualı cavablandırıb.
"Düşünürəm ki, hamımız daha ehtiyatlı olmalıyıq. Sirr deyil ki, sabitlik prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə olunmalıdır; mən risklərin idarə edilməsini nəzərdə tuturam. Bu sadə məsələ deyil", - deyə o cavab verib.
Mirzoyan, həmçinin xatırladıb ki, Ermənistan KTMT-dəki üzvlüyünü dondurub və buna qədər olan münasibətlərə qayıtmaq niyyətində deyil.
"Biz işləməyən hərbi ittifaqda özümüzü görmürük", - deyə o əlavə edib.
Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər törətdiyini deyib və əlavə edib ki, təşkilatın iki ölkəsi 2020-ci ildə Qarabağda hərbi əməliyyatlar zamanı Azərbaycana kömək edib.
"Azərbaycan-Ermənistan münasibətləri" teqi üzrə xəbərlər
- Mirzoyan almaniyalı həmkarını Azərbaycanla sülh sazişi üzərində iş barədə məlumatlandırıb
- Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı Azərbaycana təklif göndərib
- Elçin Əmirbəyov: "Fransa münasibətlərimizin gərginləşməsinə birbaşa məsuliyyət daşıyır"
- Gürcüstan baş naziri: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi əladır"
- Rəsmi Bakı: "Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün səylərimizi davam etdirəcəyik"