Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ermənistan hökumətinin Azərbaycanla imzaladığı sənədə baxılacağı tarix məlum oldu
Ermənistanın Nazirlər Kabineti Azərbaycanla dövlət sərhədlərinin delimitasiya komissiyalarının birgə işi haqqında əsasnaməni (reqlamenti) sentyabrın 5-dəki iclasda nəzərdən keçirəcək.
Oxu.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, bu barədə elektron hökumətin saytında məlumat verilib.
Qərar layihəsində qeyd olunur ki, əsasnamə delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur. Əsasnamə və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin təbii gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq.
Vurğulanır ki, daha sonra sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament yaxın vaxtlarda ölkənin əsas qanununa uyğunluğunun yoxlanılması üçün Ermənistanın Konstitusiya Məhkəməsinə göndəriləcək.
Xatırladaq ki, avqustun 30-da Azərbaycan və Ermənistan sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəanı imzalayıblar.
"Azərbaycan-Ermənistan münasibətləri" teqi üzrə xəbərlər
- Mirzoyan almaniyalı həmkarını Azərbaycanla sülh sazişi üzərində iş barədə məlumatlandırıb
- Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı Azərbaycana təklif göndərib
- Elçin Əmirbəyov: "Fransa münasibətlərimizin gərginləşməsinə birbaşa məsuliyyət daşıyır"
- Gürcüstan baş naziri: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi əladır"
- Rəsmi Bakı: "Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün səylərimizi davam etdirəcəyik"