Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
COP29-da "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası təşkil ediləcək
Noyabrın 20-də Bakıda COP29 çərçivəsində "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək tədbir "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.
Dəyirmi masanın təşkilatçıları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramıdır (UN-Habitat).
"COP29" teqi üzrə xəbərlər
- COP29-un on ikinci günü: Mavi Zona tədbirləri
- Mina Raman: "İnkişaf etmiş ölkələr müstəmləkəçilik və neo-müstəmləkəçilik sayəsində varlanıblar"
- Ülviyyə Cəlilzadə: "ACWA Power" şirkətinin baş icraçı direktoru xidmətimizdən çox razı qaldı"
- Fotoları ilə danışan nigeriyalı: "Dünyadan gözləntimiz maliyyə dəstəyinin göstərilməsidir"
- Niki Reyx: "Biz mövqelər arasındakı anlaşılmazlıqla bağlı şikayətləri eşitmişik"