Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola düşdü
Cəbrayıl şəhərinə növbəti köç karvanı Bakı şəhərindən yola salındı.
Oxu.Az-ın məlumatına görə, bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə (123 nəfər) köçürülür.
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır.🇦🇿🚚 Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır. #Böyükqayıdış #Cəbrayıl
Posted by Oxu.az on Sunday, September 29, 2024
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət 40 ailə (123 nəfər) Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Oxu.Az xəbər verir ki, onlardan 20 ailə (58 nəfər) Bakı şəhərindən, 11 ailə (37 nəfər) Sumqayıt şəhərindən, 3 ailə (10 nəfər) Abşeron rayonundan, 3 ailə (8 nəfər) Biləsuvar rayonundan, 2 ailə (6 nəfər) Saatlı rayonundan, 1 ailə (4 nəfər) Şəmkir rayonundan olan keçmiş məcburi köçkünlərdir.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Bununla da bugünkü köç də daxil olmaqla ümumilikdə 117 ailənin (364 nəfər) Cəbrayıl şəhərində məskunlaşması təmin edilib.
Xatırladaq ki, Cəbrayıl şəhərinə sakinlərin ilk qayıdışı bu il sentyabrın 26-da olub.
Daha çox foto burada: PhotoStock.az
Aytac Qasımova
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının yeni drayveri kimi: "Böyük Qayıdış"
- Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…"
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub
- Emin Məmmədov: "Düşmənin Cəbrayılda hansı vandallıqları törətdiyinin canlı şahidiyəm"
- Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur"