Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Berbok və Mirzoyan İrəvanla Bakı arasında sülh prosesini müzakirə ediblər
Almaniya və Ermənistanın xarici işlər nazirləri Annalena Berbok və Ararat Mirzoyan Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqları müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə A.Mirzoyan "X" sosial şəbəkəsində yazıb.
"Biz ikitərəfli gündəliyi və Ermənistan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini, eləcə də regional mövzuları müzakirə etdik. Cənubi Qafqazda baş verən son hadisələr, habelə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması imkanları daxil olmaqla sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb", - o yazıb.
Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
"Annalena Berbok" teqi üzrə xəbərlər
- Prezidentin köməkçisi Almaniya XİN başçısının ittihamlarını qəbuledilməz adlandırıb
- Berbokun iqlim riyakarlığı: Qərb məsuliyyəti inkişaf etməkdə olan ölkələrin üzərinə atır
- Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
- Berbok: "Maliyyəyə çıxış xüsusilə iqlim təsirlərindən ən çox əziyyət çəkən dövlətlər üçün lazımdır"
- Annalena Berbok: "Qadınlar masa arxasında deyillərsə, sülh sazişləri çox vaxt uzun sürmür"