Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Nazirlər müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, nəqliyyat və turizm sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini, habelə beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri müzakirə ediblər.
C.Bayramov regionda münaqişədən sonrakı vəziyyət, o cümlədən COP29-a hazırlıq barədə də məlumat verib.
Görüşün yekununda xarici işlər nazirləri "Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Saziş imzalayıblar.
On the sidelines of #UNGA79, Foreign Minister @Bayramov_Jeyhun of the Republic of #Azerbaijan met with Foreign Minister Retno Marsudi of the Republic of #Indonesia to discuss cooperation issues of mutual interest in various spheres, including economy, transport, and tourism, as… pic.twitter.com/yKtnP0pFL0
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 27, 2024