Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Blinken Gürcüstana qarşı tətbiq edəcəkləri məhdudiyyətləri açıqladı
"ABŞ hakimiyyəti xarici agentlər haqqında qanuna görə, Gürcüstana qarşı viza məhdudiyyətləri tətbiq etməyə başlayacaq".
Bunu Dövlət katibi Antoni Blinken deyib.
Blinken məhdudiyyətlərin vətəndaş cəmiyyətinə qarşı zorakılıq və ya hədə-qorxu ilə repressiyaya cavabdeh olanları əhatə edəcəyini bildirib.
Gürcüstan parlamenti mayın 14-də xarici agentlər haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib. 84 deputat qanunun lehinə, 30 deputat isə əleyhinə çıxış edib.
Xatırladaq ki, mayın 18-də Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub.
Mənbə: RİA Novosti
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər