Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Aktauda Qazaxıstan və Azərbaycan xalqlarının qardaşlığının simvolu olan Dostluq Xiyabanı açıldı
2024-cü ilin 9 noyabr tarixində Aktau şəhərində yerləşən Prezident bağında Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun və Manqistau vilayət Akimliyinin (Qubernatorluğunun) dəstəyi ilə yaradılmış "Azərbaycan - Qazax xalqlarının Dostluq Xiyabanı"nın açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə 200-dən çox qonaq iştirak edib və onlar arasında Mangistau vilayət Qubernatorluğunun, Aktau şəhər meriyasının, Məsləhət Şuralarının (deputalar şurası), Xalq Assambleyasının , Aktau şəhərində fəaliyyət göstərən Baş Konsulluqların nümayəndələri, Azərbaycan icmasının fəalları, gənclər, tələbələr olublar.
Tədbiri giriş sözü ilə açan Baş Konsulluğun başçısı v.i.e Elçin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə elan edilmiş "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar həyata keçirilən tədbirlərdən, cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29), eləcə də iqlim dəyişikliyinə qarşı mübarizə fonu çərçivəsində ölkəmizin beynəlxalq arenada apardığı fəaliyyətdən verdiyi töhfədən danışıb. Sonra bu yöndə qardaş ölkəyə dəstək əlaməti olaraq Baş Konsulluq tərəfindən Aktau şəhərində yaşıl dosluq guşəsinin yaradılması təşəbbüsünün irəli sürüldünü qeyd etmiş və sözügedən təklifin Magistau vilayət Qubernatorluğu, Aktau şəhər meriyası tərəfindən dəstəklənməsindən məmnunluğu ifadə edərək, təşəkkürünü bildirib. Sonda, yaradılmış Dostluq Xiyabanının xalqlarımız arasında tarixi köklərə soykənən dostluq, qardaşlıq bağlarının möhkələnməsinə xidmət edəcəyini vurğulanıb.
Öz növbəsində, Mangistau vilayət Qubernatorunun müavini Abat Urisbayev çıxış edərək, iki ölkə arasında yüksəksəviyyəli münasibətlərdən, əlaqələrdən dərinləşməsi istiqamətində qarşılıqlı olaraq görülən işlərdən danışıb. Sonra, Xalqlar Dostluğu Xiyabanın yaradılmasına görə Baş Konsulluğa təşəkkürünü bildirmiş və belə müsbət addımın əhəmiyyətindən danışaraq, xalqlarımız arasında münasibətlərin inkişafına böyük töfhə verəcəyini bildirib. Bununla yanaşı, A.Urisbayev dost Azərbaycan Respublikasında yaxın günlərdə keçiriləcək yüksəksəviyyəli beynəlxaq tədbirdən (COP 29), həmin konfrasın region və dünya ölkələri üçün xüsusi əhəmiyyətindən bəhs edərək, ölkəmizə uğurlar arzulayıb.
Çıxışlardan sonra qonaqların iştirakı ilə "Azərbaycan - Qazax xalqlarının Dostluq Xiyabanı"nın daş lövhəsinin təntənəli açılış mərasimi təşkil olunub. Sonra ekoloji aksiya başlanıb və xiyaba üçün ayrılmış ərazidə Azərbaycanın florasını tərənnüm edən Eldar şamı, Xan çinarı, Nar, Zeytun, Badam və digər meyvə ağacları olmaqla ümumlikdə 300 ədəd ağac əkilib.
Sözügedın tədbir KİV-lərdə geniş işıqlandırılıb və yerli ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirdən sonra qonaqlar Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Baş Konsulluq tərəfindən təşkil olunan bayram tədbirinə qatılıblar.
"Qazaxıstan" teqi üzrə xəbərlər
- Yerjan Yerkinbayev: "Turizm ətraf mühitə zərər vermədən inkişaf etdirilməlidir"
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Mansur Oşurbayev: "İqlim dəyişikliyi Xəzər dənizinin səviyyəsinin davamlı azalmasına səbəb olur"
- Qazaxıstanda keçmiş məsciddə partlayış: Ölənlər və yaralananlar var
- Xəzər sahillərində ilk dəfə mindən çox ölü suiti tapıldı