Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yerjan Yerkinbayev: "Turizm ətraf mühitə zərər vermədən inkişaf etdirilməlidir"
"Hamımız dərk edirik ki, təbii və mədəni irsimizi qoruyub saxlamaq, gələcək nəsillərin istifadəsinə verməklə sosial-iqtisadi inkişafı təmin etmək bizim borcumuzdur. Prezidentimiz hər il xalqa müraciətində qeyd edirdi ki, turizm ətraf mühitə zərər vermədən inkişaf etdirilməlidir".
Oxu.Az xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikasının mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev COP29-da Turizm Günü çərçivəsində "Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü"ndə çıxışı zamanı deyib.
O bildirib ki, Qazaxıstan 14 milli park və 10 qoruqda qorunan çöllər, dağ silsilələri, səhralar, su yolları da daxil olmaqla unikal təbii ekosistemlərə malikdir:
"2018-ci ildən bəri ölkədə baş nazirin müavininin sədrliyi ilə davamlı inkişaf məqsədləri üzrə əlaqələndirmə şurası fəaliyyət göstərir. Bundan başqa, ötən il davamlı inkişaf sahəsində milli məqsəd və vəzifələrin icrasına nəzarət etmək üçün parlament komissiyası yaradılıb.
Biz davamlı turizm üçün qlobal şəbəkə yaratmaq üçün təcrübələrimizi bölüşməkdən və digər ölkələrdən öyrənməkdən məmnunuq. Qazaxıstan turizmdə iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün Bakı Bəyannaməsinin tətbiqini dəstəkləyir".
Aygün Mirakif
"COP29" teqi üzrə xəbərlər
- COP29-un on ikinci günü: Mavi Zona tədbirləri başlandı
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- COP29 gündəliyi - 22.11.2024
- Qaiser Navab: "Azərbaycan bütün dünya ictimaiyyətini bir araya gətirmək gücünə malikdir"
- Cin Baderşnayder: "Azərbaycan COP29-u keçirməklə böyük bir addım atmış oldu"