Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Aİ missiyasının Cənubi Qafqazda sülhə necə müdaxilə etdiyi məlum oldu
"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası zamanı Ermənistanda avropalı müşahidəçilərin statusunu müəyyənləşdirmək və Bakı ilə razılaşmaq lazımdır".
Oxu.Az xəbər verir ki, bunu news.ru-ya açıqlamasında Rusiya Beynəlxalq Əlaqələr Şurasının elmi direktoru Andrey Kortunov deyib.
"Əgər sərhədin demarkasiyası və delimitasiyasına dair ikitərəfli addımlar başlayarsa, ola bilməz ki, sərhədin bir tərəfində beynəlxalq vasitəçilər olsun, digər tərəfində isə yox. Vasitəçilik dedikdə, hər iki tərəfin razılığı nəzərdə tutulur. Avropa sərhədçilərinin hansı funksiyanı yerinə yetirəcəyi həqiqətən də bəlli deyil. Bu, Azərbaycanla ikitərəfli danışıqlarda müzakirə edilməli və razılaşdırılmalı olan məsələdir", - Kortunov bildirib.
Onun sözlərinə görə, belə bir şəraitdə avropalı müşahidəçilərin Ermənistanda uzun müddət qalması ehtimalı azdır. O qeyd edib ki, Aİ respublikanın təhlükəsizliyinə təminat verə biləcək struktur deyil. Ekspert qeyd edib ki, avropalıların ölkəni qorumaq üçün resursları və imkanları yoxdur.
"Delimitasiya və demarkasiya" teqi üzrə xəbərlər
- Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq niyyətini bəyan edib
- Putin: "Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün hər şey edir"
- Simonyan: "Delimitasiya komissiyalarının reqlamenti Azərbaycan və Ermənistanın ən böyük qələbəsidir"
- Putin Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasına toxundu
- Ararat Mirzoyan "3+3" barədə: "Azərbaycanla ikitərəfli danışıqlar formatımız mövcuddur"