Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Putin: "Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün hər şey edir"
"Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, İrəvan ilə Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi edir".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimində bildirib.
"Ermənistan və Azərbaycanla əməkdaşlığımız da eyni ruhda qurulub. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. 2020-2022-ci illərdə ali səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmalar çərçivəsində sülh müqaviləsi, dövlət sərhədlərinin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzərində işə dəstək verməyə davam edəcəyik", - deyə Putin bildirib.
Putin bildirib ki, MDB ölkələrinin liderləri ənənəyə uyğun olaraq dekabrın sonunda toplaşacaqlar.
"Əlbəttə ki, burada Belarus, Qırğızıstan, Ermənistan və Azərbaycan səfirlərini görməyə şadam. Bu dövlətlər Rusiyanın ən yaxın qonşuları, ən yaxşı dostları, təbii strateji tərəfdaşları və müttəfiqləridir. Onların liderləri ilə oktyabrda Moskvada MDB sammiti çərçivəsində görüşmüşük. Ənənəyə uyğun olaraq dekabrın sonunda ilin yekunlarını müzakirə etmək və gələcək planları müəyyənləşdirmək üçün yenidən toplaşacağıq, 2025-ci ildə isə Birlik dövlətlərinin bütün xalqlarının nail olunmasına töhfə verdiyi Böyük Vətən müharibəsində Qələbənin 80 illiyini birgə qeyd edəcəyik", - deyə Rusiya prezidenti bildirib.
Qeyd edək ki, Rusiya prezidentinə yeni xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimi Böyük Kreml Sarayının Aleksandr zalında keçirilib. Mərasimdə 28 ölkənin nümayəndələri iştirak ediblər.
"Vladimir Putin" teqi üzrə xəbərlər
- KİV: "Putin Ukrayna ilə bağlı Trampla danışmağa hazır olduğunu deyib"
- Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiqlədi
- Boykot uğursuz oldu, Qreta autda: COP29 - Azərbaycanın siyasi qələbəsidir
- Şolts və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
- Bu xəbərləri qaçırmayın: 15.11.2024-ün ən mühüm hadisələri