Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ADR-nin gəncəli qurucuları: "Nuru Paşa evə girəndə buranın zəhmi bizi basırdı"
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında müstəsna rol oynamış Gəncə əsilzadələri arasında Şeyxzamanlı qardaşlarının adı da xüsusi qeyd olunmalıdır.
Onlar yeni yaranmış respublikanın xüsusi xidmət orqanlarının təşkili və təhlükəsizliyinin təmin olunması məqsədilə Qafqaz İslam Ordusunun Azərbaycana dəvət edilməsində mühüm rol oynayaraq adlarını qurucu liderlər arasına yazdırıblar.
Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanlının Gəncədəki tarixi ata-baba yurdunda bu gün də bu şanlı nəslin davamçıları yaşayır.
Nəslin davamçılarından Arifə Şeyxzamanlı Baku TV-yə açıqlamasında bildirib ki, o vaxtlar bolşeviklər tərəfindən daim təqib olunduqlarına görə ailəsi Şeyxzamanlılar haqqında danışmağa çəkinərdi.
"Nuru Paşa bu evdə qalıb. Bütün qərarlar burada qəbul olunub. Biz bu evdə yaşayanda uşaq olmuşuq. Həmişə evə girəndə buranın zəhmi bizi basırdı. Böyüklər də yanımızda heç nə danışmırdı.lar Çünki bolşeviklər tərəfindən həmişə təqib olunmuş bir nəsildir. Onların hamısını sürgün, ya da həbs ediblər. İsrafil bəyi həbs ediblər. Məmmədbağır bəyi güllələyiblər. Nağı bəy də məcbur olub Türkiyəyə mühacirətə gedib. O, həmişə Azərbaycana, Gəncəyə gəlməyi arzulayırdı. Amma qismət olmadı, Türkiyədə dəfn olundu", - deyə o söyləyib.
"Azərbaycan Xalq Cümhuriyyəti" teqi üzrə xəbərlər
- Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
- Bakını kim idarə edəcəkdi? - Nuru Paşa və Rəsulzadə arasında gərginlik
- Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 105 il ötür
- Ordu - Azərbaycan xalqının fəxridir
- Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur