Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xoşqədəm Hidayətqızı və Aynur Xəlilova arasında qalmaqal: “Qadınları reytinqinizə yem edirsiz”
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və dizayner Aynur Xəlilova arasında qalmaqal yaşanıb.
Olay.az yazır ki, dizayner Aynur, Xoşqədəm Hidayətqızını müğənni Aysel Əlizadənin ailəsini dağıtmaqda ittiham edilən Turanə Nəcəflini efirə çıxardığı üçün tənqid edib:
“Oskar” gedir Xoşqədəmə. Xoşqədəm yox, Xoşqədəm xanım. Bu insanın ətrafında onu istəyən kimsə varsa, bildirsin ki, Azərbaycanda savadlı fərqindəliyi olan, verilişində reytinq yığmaq üçün etdiklərinin fərqində olan bir kütlə də var. Tək əzilən qadınların yanında olur öz dünyasında. Həm də psixoloji problemi olan qadını verilişinə reytinq yemi edir”.
Bundan sonra Aynurun şəklini paylaşan aparıcı bu sözləri yazıb:
“Bilmirəm kimdir. Amma tanıyan varsa, başa salsınlar ki, müzakirə etmək istədiyi şəxsi öz geyim və mənəviyyat tərzinə uyğun seçsin”.
Dizaynerdən X. Hidayətqızına cavab gecikməyib:
“Sizi hamını axtaranda, özünüzə olan hörməti də axtarmağa dəvət edirəm. Siz qadınları reytinqinizə yem edən, reytinq üçün hər xaraktersizliyə göz yuman, insanlara psixoloji şiddət göstərən simasız.
Mən sizə xatırladım kiməm. Köməkçinizi əməkdaşlıq üçün şirkətimə göndərdiyiniz brendin rəhbəriyəm. Mənəvi dəyərlər mövzusunu isə sizinlə istənilən müstəvidə müzakirəsinə hazıram, əzizim”.
"Aysel Əlizadə" teqi üzrə xəbərlər
- Geyiminə görə təhqir olunan Xalq artisti, döyülən aşıq, atmacalar: Şou-biznesin ötən ili - FOTO
- Xoşqədəmdən məhkəmədə uduzduğu Aysel Əlizadəyə sərt mesaj - YENİLƏNİB + FOTO
- Xoşqədəm Ayselə təzminat ödəməlidir: Məhkəmə qərar verdi
- Aysel Əlizadə: “Ailə qurmaq və övlad sahibi olmaq istəyirəm”
- Dilarə Əliyeva “SOY production”ın rəhbəri oldu
Rəylər