Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xalq artisti: “Şövkət Ələkbərova deyirdi ki, iti, qurdu görüm, Nisəni görməyim” - VİDEO
“Ailəm telefonu əlimdən almışdı ki, sosial şəbəkəyə baxmayım. Bəzi şeyləri görməyimi istəmirdilər. Səhhətimə görə bunu etməliyəm”.
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova “Rəngarəng səhər” verilişində deyib. Müğənni SSR Xalq artisti Şövkət Ələkbərova ilə aralarında yaşanan qalmaqaldan danışıb:
“Əvvəl efirə kimlər çıxırdı. Biz də onlara qulaq asır, öyrənirdik. Yeni vaxtlarımda utancaq idim. Bir dəfə verilişə gələndə Şövkət xanımın yanından gəlib keçdim. Onu başqasına oxşadıb, salam vermədim. Şövkət xanım baxdı, dedi, boy. Tərslikdən də həmin an geyimimiz eyni idi. Başqa bir proqramda da eyni düşdük. Biz də oxuyanda hörmət naminə gəlirdik müğənnilərin yanına oxuyurduq. Gəldim Şövkət xanımın yanına üzünü çevirdi. Əbülfət Əliyevə, Rübabə Muradovaya yalvardım ki, məni Şovkətlə barışdır. Şövkət deyirdi ki, iti görüm, qurdu görüm, Nisəni görməyim. İnandırmaq istəyirdim ki, onu görüb səhv salmışam. Sonda barışdı. Küsməyimiz də, barışmağımız da səssiz oldu”.
"Nisə Qasımova" teqi üzrə xəbərlər
- Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq
- Oğlu ilə eyni gündə fəxri ad alan Xalq artisti: "Bəyəm bilmirlər ki, belə bir ansambl olub?"
- Ruha və qəlbə toxunan mahnılar: İllər keçsə də, sevilən bəstəkarın ahəngi qulaqlardan silinmir
- Xalq artisti Nisə Qasımovanın doğum günüdür - VİDEO
- Sibel Can bəstəkarımızın mahnısını oğurladı: Ailəsi müğənnidən təzminat alacaq? - VİDEO
Rəylər