Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xalq artisti: “Qohumlardan bir az uzaq durmaq lazımdır”
“Zəmanə elədir ki, qohumlardan bir az uzaq durmaq lazımdır. Haradan bilirsən sabah nə olacaq? İndi zəmanə fərqlidir. Mənə deyirlər ki, qohumlardan ehtiyatlı ol”.
“Qaynarinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı qonaq olduğu verilişlərdən birində deyib.
Caz ifaçısı hazırda nəqliyyat vasitəsi kimi metrodan istifadə etdiyini bildirib:
“Maşınımı satmışam. Röyanın (Cavan Zeynallının mərhum həyat yoldaşı - red.) “Nissan”ı var idi. Qanunları bilmirəm, sən demə, vəfatından il yarım keçəndən sonra həyat yoldaşının adına keçir. Zəng etdilər ki, gəlin sənədləşdirək. Deyirəm ki, hansı maşın, satmışam. İndi metro ilə gedirəm, rahat, orada tıxac olmur. Bəzən deyirlər mənə ki, Cavan, məşhur adamsan, səni bütün xalq sevir, amma metro ilə gedirsən. Cavab verirəm ki, nə olsun?”
C.Zeynallı vəsiyyətini kimə edəcəyi ilə bağlı suala belə cavab verib:
“Hələ yox. Gərək vaxt keçsin. Zaman özü göstərəcək”.
Qeyd edək ki, Zeynallının həyat yoldaşı Röya səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. O, bu ilin yanvar ayında vəfat edib.
"Cavan Zeynallı" teqi üzrə xəbərlər
- Tanınmış cazmen, Xalq artisti Cavan Zeynallının doğum günüdür
- Cavan Zeynallı: "14 kiloqram arıqlamamışam, şişirdib yazıblar"
- Yoldaşı vəfat etmiş Cavan Zeynallı tanınmaz hala düşdü
- Elza Seyidcahan: “Flora geyimimi müzakirə edir, amma ilk dekolteni, kürəyiaçıq geyimi onda görmüşük” - VİDEO
- Efirdə qalmaqal: Flora Kərimova ilə Elza Seyidcahan barışdı? - YENİLƏNİB + VİDEO
Rəylər