Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyəli məşhur aktrisa həbs edilə bilər
Türkiyəli məşhur aktrisa Ezgi Molanın vətəndaşı “təhqir etməsinə görə” barəsində həbs cəzası istənilib.
DHA xəbər verir ki, keçən il Batmanda intihar edən İpek Er ölümündən sonra tapılan məktubunda Musa Orxan tərəfindən cinsi təzavüzə məruz qaldığını qeyd edib.
12 ildən çox azadlıqdan məhrum edilməsi tələb edilən M.Orxanın istintaq müddətində sərbəst buraxılmasına qərar verilib.
Aktrisa bu hadisəyə səssiz qalmayıb və sosial media hesabından “Təcavüzçü şərəfsizi sərbəst buraxan vicdanınızda boğulun”, - deyə paylaşım edib.
Onun barəsində “səsli, yazılı və ya video mesajla təhqir” ittihamı ilə 2 il 4 aya qədər həbs cəzası istənilib. İddianamə Ankara Cəza Məhkəməsi tərəfindən qəbul edilib.
Qeyd edək ki, Ezgi Mola Türkiyənin reytinqli “Mahsumlar apartmanı” serialında baş rol ifaçılarından biridir.
"Ezgi Mola" teqi üzrə xəbərlər
- Türkiyəli məşhur aktrisanın toyundan ilk görüntülər - FOTO
- Məşhur aktrisanın həbs olunması tələb edildi: Qadınlara qarşı cinsi zorakılığı tənqid etdiyi üçün - FOTO
- Türkiyənin ən populyar aktyorlarının adları açıqlandı - FOTO
- Məşhur serialın FİNAL tarixi bəlli oldu
- Reklamdakı tərəf müqabili tərəfindən hədələnən aktrisa: Tək küçəyə çıxa bilmirəm - FOTO
Rəylər