Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Toyda fonoqram oxuduğu üçün döyülərək xəstəxanalıq edilən Kərimdən AÇIQLAMA
Müğənni Kərim Abbasov toy sahibi tərəfindən döyülməsi ilə bağlı ilk dəfə açıqlama verib.
Oxu.Az xəbər verir ki, bu barədə o, öz "Instagram" səhifəsində paylaşım edib:
"Mənim üçün üzülən dostlarım və sevənlərim! Hər qaranlıq gecənin bir sabahı var. Azərbaycan polisinə inanıb və güvənirəm. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq."
İki gün öncə Bakıda toy məclislərinin birində fonoqramla ifa etdiyi üçün döyülərək xəstəxanalıq edilən müğənni Kərim Abbasov paylaşımı ilə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, o, "Instagram" səhifəsində canlı ifa etdiyi görüntüləri izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, hadisə sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Tərəflərin ərizə və izahatları alınıb, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Müğənninin fonoqram ifa etməsi məclis sahibinin narazılığına səbəb olub, bundan sonra tərəflər arasında mübahisə yaranıb. Daha sonra ifaçı Bakıda özəl xəstəxanalardan birinə müraciət edib.
Həmin görüntüləri təqdim edirik:
@oxuaz ⚡⚡⚡Toyda fonoqram oxuduğu üçün döyülərək xəstəxanalıq edilən Kərimdən İLK PAYLAŞIM
♬ orijinal ses - Oxu.az Son Xəbərlər
Rəylər