Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Teylor Svift terrorçuların hədəfində: Vyanadakı konsertlər ləğv edildi
Terror təhlükəsi səbəbindən Teylor Sviftin Vyanada 8-10 avqust tarixlərində keçirilməsi planlaşdırılan üç konserti ləğv edilib.
Oxu.Az-ın ORF portalına istinadla məlumatına görə, bu barədə tədbir təşkilatçıları xəbər veriblər.
"Rəsmi şəxslərin "Ernst Happel" stadionunda planlaşdırılan terror aktı barədə məlumatı təsdiqləməsi ilə əlaqədar olaraq, planlaşdırılan üç konserti ümumi təhlükəsizlik naminə ləğv etməkdən başqa çarəmiz qalmadı", - deyə açıqlamada deyilir.
Bildirilir ki, Avstriya polisi artıq terror aktı planlaşdıran iki nəfəri saxlayıb. Saxlanılanlardan birinin 19 yaşı var və ondan kimyəvi maddələr götürülüb.
Polis hesab edir ki, saxlanılanların hədəfi Sviftin konsertləri də daxil olmaqla, çoxlu insanın toplaşdığı tədbirlər ola bilərdi.
Qeyd edək ki, Teylor Svift hazırda dünyanın ən məşhur müğənnilərindən biridir. O, indiyədək 11 "Grammy" mükafatı qazanıb və 200 milyondan çox albom satıb.
Rəylər