Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Təranə Səmədova həbs olundu - FOTO/VİDEO
Tanınmış prodüser Təranə Səmədova həbs olunub.
“Qafqazinfo” xəbər verir ki, o, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
Məlumatı DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev də təsdiqləyib. Onun sözlərinə görə, prodüser barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.
Qeyd edək ki, T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.
Onu da xatırladaq ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.
"DİN" teqi üzrə xəbərlər
- DİN rəsmisi: "Tikilən binalarda parklanma yerləri nəzərə alınmır"
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
Rəylər