Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Səidə şou-biznes əhlinin toyuna yazdırdığı məbləği açıqladı
Müğənni Səidə Sultan sənət adamlarının onun toyuna yazdırdığı məbləği açıqlayıb.
Axsam.az xəbər verir ki, ifaçı bu barədə qonaq olduğu televiziya verilişlərindən birində danışıb. O, aparıcı Vüsalə Əlizadənin suallarını cavablandıraraq, bunları deyib:
“Röya 2 000, Nura Suri 2 000 manat, Könül Kərimova 500 dollar, Günay İbrahimli, Nazilə Səfərli, Fatimə Fətəliyeva və Vüsalə Əlizadə 500 manat pul yazdırıblar”.
Səidə məclisə gəlməyən sənət adamlarından da danışıb:
“O qadın müğənninin adını açıqlamaq istəmirəm. Amma mən onun qızının, oğlunun toyunda və özünün dəfələrlə ad günlərində gözəl şəkildə iştirak etmişəm. Onu çağırdım, amma toyuma gəlmədi, heç pul da göndərmədi. Elə müğənni də oldu ki, gəlməsə də, pul göndərdi”.
Qeyd edək ki, Səidənin toyu sentyabrda olub.
"Günay İbrahimli" teqi üzrə xəbərlər
- Şəhid övladlarının "Məzun günü" keçirilib
- Ədalət Şükürovun qızı nişanlandı - FOTO
- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib - FOTO
- Yeni ildə Azərbaycan müğənniləri: Yarım saata 50 min qazanan ifaçılar - SİYAHI
- Məşhur aranjimançı: “Toylarda üç universitet bitirmiş kimi oldum” - MÜSAHİBƏ + FOTO
Rəylər