Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Səhifəni oğurlayanlar Aygün Kazımovanı şantaj edib, 10 min avro istədilər - FOTO
Ötən gün Xalq artisti Aygün Kazımovanın 1,4 milyondan çox izləyicisi olan səhifəsi oğurlanıb.
Oxu.Az xəbər verir ki, səhifəni ələ keçirənlər onun hesabında paylaşım edərək sənətçini şantaj ediblər:
“Aygün Kazımova, bunu oxuyursansa, 10 min avro (18 482 manat) bitkoin üçün mənə “Telegram”da yazın, hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz ruslara sataram”.
Qeyd edək ki, son bir neçə gündə idmançı Pərviz Abdullayev, aparıcılar Ceyhun Əli və Ranar Musayev, müğənni İradə İbrahimovanın səhifəsi də oğurlanıb. İ.İradə və M.Ranar hesabını geri qaytara biliblər.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər