Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Safura: Ailəmdən vacib heç nə yoxdur - FOTO
Mərhum nazir Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evli olan eks-müğənni Safura Əlizadə sosial media hesabındakı paylaşımla diqqət çəkib.
Oxu.Az xəbər verir ki, efirlərdən kənar gəzən ifaçı bildirib ki, səhnə üçün darıxmayıb.
“Bu gün diqqətimi ətrafımda baş verən hadisələrə cəmləşdirməyə çalışdım. O, həmin məqam idi ki, oğlum ağlayaraq, şokolad istəyirdi. Qızım isə özündən böyük pijama geyinmişdi, ata dərsdən gələn oğlunu qarşılamaq üçün aşağı düşmüşdü.
Mən isə həyəcanla atanın küləyin qarşısında dayanaraq, oğlunu gözləməsini müşahidə edirdim. O, qorxurdu ki, külək onu aparar. Bunlar kiçik görünən, əslində isə dəyəri ölçülməyən anlardır. Allaha mənə gözəl həyat verdiyinə görə minnətdaram.
Mənə tez-tez verilən “Səhnə üçün darıxırsınız?”, “Yenidən oxumaq istəyirsiniz?” suallarına cavab vermək istəyirəm. Mənim üçün ailəmdən vacib heç nə yoxdur. İstəyirəm ki, hər günüm belə xoş qayğılarla başlasın və başa çatsın”, - deyə Safura bildirib.
Qeyd edək ki, Əlizadənin bu nikahdan iki övladı var.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər