Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Röya Ayxan “Qarabağ” - “Bayer” oyunundan DANIŞDI
“Qarabağ”ın “Bayer 04” ilə oyunda yenidən bizə sevinc yaşadacağına inanıram”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xalq artisti Röya Ayxan “Qarabağ” komandasının UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Almaniya “Bayer 04”ünə qarşı keçirəcəyi görüşlə bağlı danışarkən deyib.
Əslən Ağdam rayonundan olan Xalq artisti doğma yurdunun komandasına inandığını bildirib:
“Qarabağ” böyük sınaqlardan çıxıb, mübarizə aparıb və hər zaman bizi sevindirib. Bu klub üçün sevinc göz yaşları axıtmışıq, səsimiz batanadək “Qarabağ” deyib bağırmışıq. Qurban Qurbanovun kollektivinin yenidən bizə bu xoşbəxtliyi yaşadacağına inanıram. Bu komandaya qələbə yaraşır. Düzünü desəm, rəqib haqqında geniş informasiyaya sahib deyiləm. Dostlarımla və ailəmlə böyük oyunları izləyirik. Lakin “köhlən atlar”ın matçları tam fərqli olur. Doğma torpağımın təmsilçisinə uğurlar arzulayıram”.
Qeyd edək ki, “Qarabağ” “Bayer 04”ü bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Komandalar arasında cavab qarşılaşması isə martın 14-də Almaniyada baş tutacaq.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
Rəylər