Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rəqsanə keçmiş kürəkənindən danışdı: “Aysunu döyüb, söyüşlər söyüb” - VİDEO
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşanmasının səbəbini açıqlayan Eşqin Cəlilova eks-qayınanasından cavab gecikməyib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında canlı yayım açan Rəqsanə İsmayılova Aysunun başına gələnlərdən danışıb:
“Nəyə lazımdır belə danışmaq? Onda Aysun da çıxsın Eşqin haqqında olanları danışsın, ortalığa qoysun? Bununla nə qazanacaq? Millət deyəcək ki, bəs əvvəllər niyə danışmırdı? Aysuna əl də qaldırılıb, söyüşlər də söyülüb, Aysunun yaşadıqlarını heç bir insan yaşaya bilməzdi. Yenə də o susub, dözüb, ailəsini tutub. Aysun birinci davalarından sonra da ailəsini seçdi, dedi ki, ana, mən Eşqinə ikinci dəfə şans verirəm, barışdılar. Mən dəfələrlə Eşqini qabağıma qoydum, danışdım, başa saldım. Aysunun yanında mənim kimi anası var, ailəsi var”.
Həmin görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. R.İsmayılovanın bu iddialarına qarşı tərəfdən cavab gəlməyib.
"Rəqsanə İsmayılova" teqi üzrə xəbərlər
- Müğənni Aysun İsmayılova ana olacaq - VİDEO
- Müğənni Aysun İsmayılova ailə qurduğunu AÇIQLADI - FOTO
- Rəqsanə İsmayılova: “Ayın 25-də qızımı istəməyə gələcəklər” - VİDEO
- Silahlı hücuma məruz qaldı, keçmişindən imtina etdi, əri ona iftira atdı - FOTO
- Rəqsanə Təranə Səmədovanın uşaqlarını himayəsinə götürmək istəyir - VİDEO
Rəylər