Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Müğənni Zamiq Hüseynov: “70 yaşında gedib toy oxuyur”
Müğənni Zamiq Hüseynovun toy səhnəsi ilə bağlı iddialı açıqlaması diqqət çəkib.
Oxu.Az xəbər verir ki, müğənni Zamiq Hüseynov sevənləri ilə görüş zamanı jurnalistlərə açıqlamasında özünü ən tələbatlı müğənni adlandırıb.
“Ən tələbatlıyam. Çünki ilk edərək konsert səhnəsini toya gətirdim. Hamıya demək istədim ki, toy gəlib oynamaqdan ibarət deyil. İlk müğənniyəm ki, konsert səhnəsini toya gətirdim”, - Zamiq söyləyib.
İfaçı daha sonra toya gedən yaşlı sənət adamlarını tənqid edib:
“40 ildir oxuyursan, 70 yaşında nə ömrün qalıb? Özünü nə iləsə saxlamağa imkanın yoxdur? Bəlkə, məndə də belə olacaq, danışıram böyük çıxır. Bəlkə, həqiqətən də yoxdur, amma inanmıram. Bilirəm ki, nələrisə var. Yenə də tədbirə gedir, enerjisini qoyur. Bəlkə də sevgisindən irəli gəlir”.
Rəylər