Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Müğənni Xatun Əliyeva dələduzluğa məruz qalıb?
Müğənni Xatun Əliyeva dələduzluqla qarşılaşdığını iddia edib.
Oxu.Az xəbər verir ki, bu barədə müğənni öz sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, onlayn səhifədən ev üçün əşyalar sifariş edib, pulu ödəsə də, əşyalar çatdırılmayıb:
"Biz də adi insanlar kimi bu səhifədən evə dekor sifariş etdik. Beh ödədik. Demək olar ki, məhsulun qiymətinin 50 faizini ödədik. İndi nə malı təhvil verirlər, nə də əlaqə yaradırlar. Ehtiyatlı olun, bu səhifə insanları aldadıb, pul alıb yoxa çıxır. Bu səhifədən heç nə sifariş etməyin".
Həmin onlayn mağaza isə cavab olaraq özünün sosial şəbəkə hesabında məhsulların çatdırıldığını və müğənninin onları təhqir etdiyini bildirib.
"Kiberdələduzluq" teqi üzrə xəbərlər
- Qadınları görüntüləri ilə şantaj edən bloqer yenidən hakim qarşısında
- ADY-nin adından dələduzluq cəhdi - Vətəndaşlara XƏBƏRDARLIQ
- Bakıda BEŞ MİLYONLUQ əməliyyat: "TOST"un başçılarından biri ələ keçdi
- Polis ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha iki nəfəri müəyyən edərək saxlayıb
- Milyon manatlarla dələduzluqda ittiham olunanlar məhkəmə heyətinə etiraz etdilər
Rəylər