Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Müğənni Roza Zərgərli özünü İlhamə Quliyeva ilə müqayisə etdi
“Allah İlhamə Quliyevaya rəhmət etsin. Onunla xasiyyətimiz, xüsusiyyətlərimiz, hegemonluğumuz eynidir. Hətta məndə ondan da çoxdur. Amma bir xasiyyətimiz var ki, heç oxşamır. Mənim sözüm daha itidir”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli verilişlərin birində deyib.
O, sənəti olmayan ifaçıları tənqid edərək nəsihət də verib:
“Səhnədə müğənnilər arasında hegemon özüməm. Çıxsın kimsə nəsə desin. Öz yaşıdlarım üçün bunu demirəm. Bu sözlər bizdən sonra gələn nəsilə aiddir. Ona görə deyirəm ki, böyüklərinizə hörmətlə yanaşın. Bizim dövrün müğənnilərinə sonradan gələn, sənəti olmayan, gələcəkdə yeri olmayan, günlük, aylıq, illik ifaçıların söz deməyə haqqı yoxdur”.
"İlhamə Quliyeva" teqi üzrə xəbərlər
- Elza Seyidcahan: "İlhamə Quliyeva üçün ağlamağa dəyməz"
- Roza Zərgərli: "Mən heç vaxt İlhamə Quliyeva ola bilmərəm"
- İlhamə Quliyevanın oğlu ilə bağlı yeni xəbər: Hansı ölkəyə gedib?
- Xoşqədəm Hidayətqızı: "İlhamə Quliyevanın mənə verdiyi brilyant boyunbağı saxta çıxdı"
- Sərxan Kərəmoğlu İlhamə Quliyevanın övladlığa götürdüyü oğlunun itkin düşməsindən danışdı
Rəylər