Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Keçmiş ərindən Ebru Gündəşə qadağa: “Oxumayacaq!”
ABŞ-da yaşayan iranlı biznesmen Reza Zərrab keçmiş həyat yoldaşı və müğənni Ebru Gündeşin onun müəllifi olduğu hit mahnıları oxumasına qadağa qoymağa hazırlaşır.
O, bu barədə artıq vəkillərinə göstəriş də verib.
Zərrabın bu qərara gəlməsinin səbəblərindən biri Gündeşlə qızları Alara üstündə qəyyumluq mübahisəsi göstərilir.
Qeyd edək ki, Reza Zarrab Təbriz şəhərində anadan olub və əslən azərbaycanlıdır. O, Türkiyədə fərqli sahələrdə fəaliyyət göstərən holdinqin sahibidir. Bundan başqa o, bəstəkarlığı ilə də tanınır.
Zərrab Ebru Gündeşlə yanaşı bir sıra məşhur müğənnilər üçün də arabesk mahnı sözləri yazıb. Bunların arasında Sibel Canın oxuduğu “Eski Toprak” və İbrahim Tatlısesin ifa etdiyi “Neden” mahnılarını xüsusi qeyd etmək olar.
Mənbə: Haber Global
"Ebru Gündeş" teqi üzrə xəbərlər
- Ebru Gündeşin ərinin keçmiş arvadı danışdı - FOTO
- Ebru Gündeşin Dubaydakı toyundan görüntülər - FOTO/VİDEO
- Ebru Gündeş dördüncü dəfə ərə gedir
- Şəmkirin Ebru Gündeşdən Mustafa Ceceliyə qədər məşhurları qəbul edən kəndi - VİDEO
- Ebru Gündeş Şəmkirdə toy məclisində oxuduqdan sonra Azərbaycana vergi ödəyibmi? - VİDEO
Rəylər