Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fatimə-Nazilə davası davam edir: Rəqqasə axtarışa verilə bilər
“Rəqqasə Fatimə Fətəliyeva barəsində olan məhkəmə qərarını icra etməkdən boyun qaçırır”.
Bunu “Qaynarinfo”ya açıqlamasında şairə Nazilə Səfərlinin vəkili Fuad Bədəlov deyib. O bildirib ki, bu səbəbdən rəqasə Fatimənin axtarışa verilməsi ilə bağlı icra orqanlarına müraciət olunub:
“Məhkəmə qərarı tam icra olunmayıb. İcra tədbirləri görülüb, sadəcə icra olunmayıb. İcra müddəti başa çatıb, artıq barəsində tədbirlər görüləcək. Əgər icra məmuru hansısa icra tədbirləri düzgün görməyibsə, barəsidə şikayət verilir, yox borclu yayınırsa, borclu barəsində axtarış verilir. Rəqqasə Fatimə barəsində axtarış verilib, məcburi icra tədbirlərinin görülməsi ilə bağlı müraciət olunub”.
Məsələ ilə bağlı Fatimə Fətəliyeva ilə əlaqə saxlanılıb. Lakin rəqqasə bu barədə danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, şairə Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyeva arasında gedən məhkəmə birincinin xeyrinə başa çatıb. Nərimanov Rayon Məhkəməsində Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən məhkəmədə iddiaçı Nazilə Səfərlinin ərizəsində bildirilib ki, o, səbəbsiz yerə Fatimə Fətəliyeva tərəfindən təhqir edilib.
Məhkəmə zamanı “şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qismən təmin olunub. Qətnamədə Fətəliyevanın elə eyni hesabdan işlətdiyi ifadələrə görə video şəklində təkzib verməsi tələb olunub.
Xatırladaq ki, Fatimə Fətəliyeva sosial şəbəkənin canlı yayımında “Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum, otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama, ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan, yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm”, - deyib.
Rəylər