Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əməkdar artist İlkin Əhmədov dərmandan şoka düşüb
Əməkdar artist İlkin Əhmədov kosmetoloji prosedur zamanı problem yaşayıb.
"Olay" xəbər verir ki, bu barədə o, verilişlərin birində danışıb.
O qeyd edib ki, səhnədə olan bəylərin kosmetoloji prosedurlara üz tutmasına normal yanaşır:
"Səhnədə olan kişilərin yüngül kosmetoloji prosedurlara müraciət etməsinə münasibətim normaldır. Bir insan mütəmadi olaraq sevənlərinin qarşısına çıxırsa, pərəstişkarları da onu gözəl görmək istəyir. Dərin bir çapıq varsa, müasir dövrdə bunu aparmaq mümkündürsə, niyə də olmasın? Saç tökülməsinə görə həkimə getdim və mezoterapiya etdirdim, dərmandan şoka düşdüm. Antibiotikə allergiyam var idi. Sonra məni ayıltdılar. Həkimlər də qorxmuşdular. Onlar da məndən soruşanda demişdim ki, heç bir problem yoxdur. Günah məndə oldu".
"Saç tökülmə" teqi üzrə xəbərlər
- "Mənə 3-4 min manat ziyan vurub, uşağı da bu hala salıb" - Həkim səhlənkarlığından ŞİKAYƏT
- Saçların daranması zamanı tökülməyə səbəb olan səhvlər: Trixoloqdan TÖVSİYƏLƏR
- Keçəllikdən şirin qurtuluş: Saçların uzanmasını sürətləndirən təbii vasitə
- Kişilərdə saç tökülməsinin qarşısını necə almaq olar? - Həkim məsləhəti