Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ebru Gündeşin özündən 19 yaş kiçik sevgilisi ilə fotosuna görə prokurorluğa ərizə yazıldı - FOTO
Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin özündən 19 yaş kiçik iraqlı zəngin iş adamı Rassan Xoşnavla eşq yaşaması xəbəri ötən həftələrdə geniş müzakirə olunub.
Sənətçinin yeni münasibəti ilə bağlı təfərrüat ortaya çıxıb.
Cütlüyün bir-birinə sarıldığı anları əks etdirən fotonun özlərindən icazəsiz paylaşıldığı iddia edilib.
Şəklin kim tərəfindən mətbuata sızdırıldığı açıqlanmayıb. İş adamı İstanbul Baş Prokurorluğuna müraciət edib.
Rassanın vəkili Ümit Kızıldağ müvəkkilinin ədalətsiz və qanunsuz hücumlara məruz qaldığını və şəxsi məlumatlarının ələ keçirildiyini iddia edib.
Ekspertlər və hakerlər fotonun necə ələ keçirildiyi üzərində işləyiblər. İlkin məlumatlara görə, hakerlərin Rassanın telefon və kompüterinə hücum etdikləri bildirilib.
Rassan şəxsi həyatının toxunulmazlığının pozulduğunu bildirdiyi ərizədə Ebru Gündeşlə münasibəti olduğu ilə bağlı mətbuatda gedən xəbərlərin qarşısının alınmasını da tələb edib.
Sözügedən məzmun silinməsə, iş adamına maddi və mənəvi ziyan dəyəcəyi bildirilib.
Qeyd edək ki, Ebru Gündeş bundan öncə ABŞ-da həbs olunan və daha sonra azadlığa çıxan Rza Zərrabla evli olub. 11 il evli qalan cütlüyün bu nikahdan Alara adlı qızı var. Onlar ötən ilin may ayında boşanıblar.
mənbə: günaydın
"Ebru Gündeş" teqi üzrə xəbərlər
- Ebru Gündeşin ərinin keçmiş arvadı danışdı - FOTO
- Ebru Gündeşin Dubaydakı toyundan görüntülər - FOTO/VİDEO
- Ebru Gündeş dördüncü dəfə ərə gedir
- Şəmkirin Ebru Gündeşdən Mustafa Ceceliyə qədər məşhurları qəbul edən kəndi - VİDEO
- Ebru Gündeş Şəmkirdə toy məclisində oxuduqdan sonra Azərbaycana vergi ödəyibmi? - VİDEO
Rəylər