Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dünya moda ikonu Yıldız Tilbəni xatırlatdı - FOTO
Hollivudun əfsanəvi siması Sara Cessika Parker küçə geyimi ilə təəccüb yaradıb.
“Takvim” xəbər verir ki, daima şıq geyimi ilə göz qamaşdıran Parker pandemiya müddətində tərzini dəyişib.
2000-ci ildə “The MTV Movie & TV Awards”da 15 dəfə geyim dəyişdirən, 2008-ci ildə “Sex and City” filmi üçün 81 kostyum istifadə edən Parker son geyimi ilə hər kəsi şoka salıb.
Kürk geyinən ulduz mavi paltarı ilə qırmızı taytı uyğunlaşdırıb. Onun bu seçimi türkiyəli müğənni Yıldız Tilbənin stilini xatırladıb.
Sosial şəbəkələrdə “Perker özünü Yıldıza bənzədib”, “Ulduzlar da axar” kimi zarafatlar ediblər.
Bununla yanaşı məşhur müğənni Rihannanın da son geyimi moda həvəskarlarına məyus edib. Bir müddət öz moda markasını yaradan və sonra da bağlamaq məcburiyyətində qalan məşhurun şişirdilmiş tərzi türkiyəli müğənni Bülent Ersoyu yada salıb.
"Bülent Ersoy" teqi üzrə xəbərlər
- Bülent Ersoyun həyatından bəhs edən filmin hazırlıqlarına başlandı - FOTO
- Stilist Anar Ağakişiyev Aygün Kazımovanı təhqir etdi - FOTO/VİDEO
- Bülent Ersoyun son halı heyrətləndirdi: Diva tanınmaz hala düşdü - FOTO
- Bülent Ersoyun 20 milyonluq “Kleopatra hovuz”lu malikanəsi - FOTO
- Bülent Ersoy Hadisəyə qəzəbləndi - FOTO
Rəylər