Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Britni Spirs və əri Sem Asqeri boşanır
Dünyaca məşhur müğənni Britni Spirs və əri Sem Asqeri boşanır. İddialara görə ayrılığa səbəb, müğənninin xəyanəti olub.
Bildirilir ki, təxminən bir həftə əvvəl Asqeri Spirsin sevgilisi olduğu barədə şayiələrdən xəbər tutub. Bundan sonra onların arasında güclü mübahisə yaranıb və Sem lüks evindən ayrılıb.
O da bildirilir ki, Sem müğənninin qeyri-adekvat davranışlarından da bezib. Əvvəllər Sem az qala bununla barışsa da və hətta camaat qarşısında müdafiə etsə də sonda dözə bilməyib.
Cütlüyün dostları onların münasibətlərində artıq bir neçə aydır problemlər olduğunu, evlərindən tez-tez mübahisə səsləri eşidildiyini bildiriblər.
Yeri gəlmişkən qeyd edək ki, Spirs və Asqeri nikahdan əvvəl müqavilə bağlayıblar. Sənədə əsasən Spirsin bütün aktivləri qorunur (Deyilənlərə görə, Sem Asqeri ona qarşı tərtib edilmiş bu müqaviləni yenidən nəzərdən keçirmək niyyətindədir).
Britni artıq Kevin Kostner, Conni Depplə çalışmış ulduz hüquqşünas Laura Vasserini işə götürüb.
Xatırladaq ki, cütlük 2016-cı ildə klip çəkilişləri zamanı tanış olublar. Keçən il isə onlar evləniblər.
Mənbə: Star Hit
Rəylər