Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ben Afflekdən boşanma Cennifer Lopesə necə təsir edib?
Müğənni Cennifer Lopes aktyor Ben Afflekdən boşanma fonunda məyus olub.
Oxu.Az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
Məlumata görə, baş verən hadisələr Cenniferə çox təsir edib. O, 2023-cü ildə Affleklə birlikdə aldığı "Beverly Hills" malikanəsində yaşamaqdan narahat olub. Bu vəziyyət ona həqiqətən çox təsir edib. O, çox dilxordur və Benə görə pərişandır.
Cennifer və Ben həmin evi bütün ailə üçün almışdılar. Bu evin əhəmiyyəti çox böyükdür və həm də xatirələrlə doludur.
Qeyd edək ki, Lopes və Afflekin əvvəlki evliliklərindən beş övladı var. Lopesin Maks və Emmi adlı əkizləri, aktyorun isə Vayolət, Serafina adlı qızları və Samuel adlı oğlu var.
Rəylər