Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyalı məşhur müğənninin qızı başqa ölkədə tapıldı
Rusiyalı müğənni Lyubov Uspenskayanın itkin düşmüş qızı Tatyana Plaksina tapılıb.
Oxu.Az-ın məlumata görə, bu barədə müğənninin nümayəndəsi Aleksandr Rusiya mətbuatına məlumat verib.
"Qız tapıldı. O, Rusiyada deyil. Tatyana özünü az-çox normal hiss edir. Anası Lyubov da, qızı da xoşbəxtdirlər, mən isə xüsusilə sevincliyəm", - deyə o bildirib.
Qeyd olunur ki, Tatyana qohumlarına xəbər vermədən Rusiyanı tərk edərək İsrailə gedib.
Ailə İsrail polisindən qızın ölkəyə qaytarılması üçün kömək istəyib.
Məşhur rusiyalı müğənni Lyubov Uspenskayanın qızı Tatyana Plaksina itkin düşüb. İfaçı bunu Bakıdan qastrol səfərindən qayıtdıqdan sonra xəbər tutub - evdə qızının yalnız mobil telefonu tapılıb. O, 34 yaşlı qızının qaçırıldığını düşünür.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ifaçının vəkili Yelena Senina "Baza" "Telegram" kanalına bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Tatyanaya narkotik verilib və Rusiyadan kənara çıxarılıb. Bundan əlavə, vəkil iddia edir ki, qızı anasının nüfuzuna və inanclarına xələl gətirən müsahibə verməyə məcbur ediblər.
"Bizim məlumata görə, Tanyuşa Rusiya Federasiyası ərazisində deyil. Qızın narkotikdən asılılığını nəzərə alsaq, onun hansı xarici dövlətin xüsusi xidmət orqanları tərəfindən cəlb edildiyi məlumdur", - deyə Senina bildirib.
Vəkil vurğulayıb ki, qızı vasitəsilə məşhur müğənniyə təzyiq göstərməyə çalışırlar, lakin bu, Uspenskayanı vətəndaş mövqeyini dəyişməyə məcbur etməyəcək.
Korrupsiyaya qarşı mübarizə üzrə federal layihənin rəhbəri Vitali Borodin artıq Tatyana Plaksinanın yoxa çıxması ilə bağlı güc strukturlarına müraciət edib. Lyubov Uspenskayanın özü hələlik şərh verməkdən çəkinir.
Qeyd edək ki, Tatyana Plaksina əvvəllər narkotik aludəçisi olub, lakin vəkilin sözlərinə görə, hazırda o, zərərli vərdişini tərgidib.
Rəylər