Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Arif Babayev: “Aygün Bəylərin ifa edərkən əl-qolunu oynatması bəzilərinə xoş gəlmirdi” - VİDEO
“Aygün sinfə gəlirdi və elə mahnılar oxuyurdu ki, heç mən bilmirdim. Zövq alırdım ondan. Mat qalırdım ki, nə qədər istedadlı adamdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Arif Babayev “Xəzər axşamı” verilişinə müsahibəsində mərhum Əməkdar artist Aygün Bəylər haqda danışarkən deyib. O, həmkarının vəfatından çox kədərləndiyini bildirib:
“Tut ağacı” mahnısını ifa edəndə birtəhər olurdum. Xəstə olduğunu eşitmişdim, amma bu tezliklə vəfat etməsini gözləmirdim. Çox gözəl idi, ölənə oxşamırdı. Çox xarab oldum.
Bəzilərinə xoş gəlmirdi ki, ifa edərkən əllərini, qollarını oynadır. Deyirdim ki, ay evin yıxılmasın, onun canında musiqi var, ona görə əl-qolunu oynadır, gözlərini yumur”.
Arif Babayev mərhum sənətçinin qızı Canan üçün hər bir köməkliyi etməyə hazır olduğunu da bildirib:
“Aygün xalqın sənətkarı, sevimlisi olduğu üçün hər birimiz onun övladına əlimizdən gələn hörməti etməliyik. O uşağın qulluğunda hər zaman hazıram ki, bir köməklik edim”.
Ətraflı süjetdə:
"Aygün Bəylər" teqi üzrə xəbərlər
- Bu gün 49 yaşını qeyd edəcəkdi - Səsi yarıda qalan Aygün Bəylər
- Qızı Aygün Bəylərin vəfatından sonra ilk dəfə müsahibə verdi - VİDEO
- Müğənni Miro Aygün Bəylərin mahnısına yeni nəfəs qatdı - VİDEO
- Qazaxıstanlı müğənni Aygün Bəylərin xatirəsini yad etdi - VİDEO
- Məşhurların Aygün Bəylərlə bağlı son xatirələri: “Konsertə görə analiz nəticələri pisləşmişdi” - VİDEO
Rəylər