Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Qafqaz Qartalı - 2024" birgə təliminin açılış mərasimi keçirilib
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən "Qafqaz Qartalı - 2024" birgə təliminin açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə Azərbaycan, Türkiyə və Gürcüstan respublikalarının müdafiəsi və suverenliyinin qorunması uğrunda həlak olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər üç ölkənin Dövlət Himnləri səsləndirilərək dövlət bayraqları qaldırılıb.
Açılış mərasimində Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsini icra edən general-mayor Akif Pirverdiyev çıxış edərək, Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini şəxsi heyətə çatdırıb, təlim iştirakçılarına uğurlar arzulayıb.
Mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra təlim iştirakçıları üçün "Zirvədən-Zirvəyə, Qafqaz Qartalı!" adlı konsert proqram təqdim olunub.
Bədii proqramda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestri, Bakı Xoreoqrafiya Akademiyasının və "Səma" rəqs ansamblının üzvləri yer alıblar.
"Xüsusi Təyinatlı Qüvvələr" teqi üzrə xəbərlər
- Şəhid atası: "Oğlum öz taqımı ilə üç hərbi postu erməni işğalçılarından azad edib"
- Hər kənd azad ediləndə hədsiz sevinirdim - Altı güllə yarası alan qazinin döyüş yolu
- Xüsusi təyinatlı: "Ya indi, ya heç vaxt" prinsipi ilə hərəkət edirdik"
- Azərbaycan xüsusi təyinatlıları Qazaxıstanda təlimdə iştirak edirlər
- Paris metrosunda xüsusi təyinatlılar kamikadze jiletli şəxsi axtarırlar