Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Zakir Həsənov Belarusda keçirilən tədbirlərdə iştirak edib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli mərasimdə fəxri qonaq qismində iştirak edib.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, müdafiə naziri Minsk şəhərində keçirilən müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri ilə yanaşı Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da qatıldığı hərbi paradı izləyib.
Daha sonra Qələbə meydanı ziyarət olunub. Nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Qələbə abidəsinin önünə gül dəstələri qoyulub.
Belarus Milli Kitabxanasında Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
İclasda hərbi əməkdaşlığın cari vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunub.
Minsk şəhərinin alman-faşist işğalçılarından azad edilməsinin 80 illiyi münasibətilə Belarus paytaxtında hərbi parad keçirilir.
Tədbirdə Azərbaycan hərbçiləri də keçid ediblər.
Parada Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın parad heyətləri ümumilikdə 5 mindən çox hərbçi cəlb edilib.
Bundan başqa, meydandan 300-dən çox hərbi texnika nümayiş olunur, Minsk səmasında isə "Mi-8MTV5" və "Ka-52 Alligator" helikopterləri, "Yak-130" və "An-26" təyyarələri və s. şou göstərir.
Mənbə: Belta
Rəylər