Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Eyni anda, eyni yerdə şəhid olan qardaşların atası: "Üzlərini açdım ki, sanki gülürlər"
Baku TV Vətən müharibəsində şəhid olan İman və Bəhrəm Məmmədzadə qardaşlarının evindən reportaj hazırlayıb.
Qardaşların döyüş yolu sentyabrın 27-də Füzulidən başlayıb. Onlar Cəbrayıl, Hadrut, Xocavənd uğrunda döyüşlərdə iştirak ediblər. Sonuncu döyüşləri Qırmızı Bazar qəsəbəsi uğrunda olub.
Şəhidlərin atası Elman Məmmədov söyləyib ki, müharibə başlayanda onların cəbhəyə yollanacaqlarından xəbəri olmayıb:
"Hərbi hissədən xəbər tutdum ki, müharibə başlayıb. Gedib onlara Kürdəmirdə çatdım. Komandirləri soruşdu ki, aparmağa gəlmisiniz? Dedim ki, xeyr, görüşməyə. Desəydim də, mənlə qayıtmazdılar. Qucaqlayıb dedim ki, axı siz məni özünüzdən ayırmazdınız. Gülüb dedilər ki, sənin yolun Bakıya, bizimki isə Qarabağa".
E.Məmmədov qeyd edib ki, İman və Bəhrəmlə sonuncu dəfə şəhid olduqları gün - oktyabrın 27-də danışıb:
"Onlarla səhər saatlarında bir saat danışdım. Həmin gün susub məni dinləyirdilər. Son sözləri o oldu ki, anamız sənə əmanətdir".
Ətraflı süjetdə: