Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlılarının birgə təlimi davam edir
Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən "SAT-SAS-2024" birgə təlimi davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, plana əsasən, təlimin növbəti günündə dəniz xüsusi təyinatlı bölmələri quru ərazidə şərti düşmən arxasına helikopterdən enmə zamanı dairəvi mühafizə və müdafiənin təşkili üzrə tapşırıqları praktiki yerinə yetiriblər.
Təlim zamanı hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdiriblər.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- 70 kiloqram qızılla Türkiyədə saxlanılan azərbaycanlı polkovnik-leytenantla bağlı TƏFƏRRÜAT
- Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir
- Şahinlərimiz səmada: "Su-25" və "Su-25 ML" hücum təyyarələri ilə yüksək pilotaj
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
- Zakir Həsənov müşavirə keçirdi, konkret tapşırıqlar verdi
Rəylər